Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi
Publisher: Məlik Fəhd adınaQuran çapı mərkəzi
Source: http://www.islamhouse.com/p/15
Hər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.
Tanınmış Hənəfi alimlərindən olmuş Əbu CəfərTahavinin bu dəyərli kitabını szin istifadəniz üçün təqdim edirik. Kitabda Allahın adları və sifətləri, iman, axirət və sairə mühim məsələlərdən söz açılır.
Peyğəmbərimiz (sav) buyurmuşdur: "Mənim necə namaz qıldığımı gördünüzmü, o cür də namaz qılın" Bu kitabda peyğəmbərimiz (sav)-ın namazı necə qıldığı səhih hədsilərlə açıqlanmışdır.
Dəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.